HAQQIMIZDA

KOMPASS AZƏRBAYCAN

HAQQIMIZDA

KOMPASS INTERNATIONAL Ümumdünya İnformasiya Sistemi 1944-cü ildə İsveçrənin Sürix şəhərində yaradılmışdır. KOMPASS dünyanın 70 ölkəsində təmsilçiləri olmaqla, B2B tipli işgüzar məlumat sistemini təklif edir. Məhsul və xidmətlər haqqında KOMPASS markalı informasiya bütün dünyada işgüzar əlaqələrin inkişafı və təhlili üçün ən etibarlı vasitədir. Hal-hazırda KOMPASS INTERNATIONAL qlobal məlumat bazası 70 ölkə üzrə 60 milyon şirkət haqqında geniş informasiyanı özündə əks etdirir.
 
Azərbaycanda KOMPASS sistemi 1993-cü ildən fəaliyyət göstərir. KOMPASS AZƏRBAYCAN peşəkar B2B məlumat bazasına Azərbaycanda fəaliyyət göstərən 18900 şirkət, onların fəaliyyəti, məhsul və xidmətləri, ticarət markaları, maliyyə göstəriciləri, idxal ixrac ölkələri və s. geniş işgüzar məlumatlar daxil edilmişdir. KOMPASS AZƏRBAYCAN şirkəti Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlar haqqında B2B tipli çap və elekton biznes-sorğu kitablarını hazırlayır:
 
* KOMPASS AZƏRBAYCAN biznes-sorğu kitabı (şirkətlər haqqında informasiya, çap nəşri)
* İNFO telefon-sorğu kitabı (məhsul və xidmətlər haqqında informasiya, çap nəşri)
* TUR-İNFO sorğu kitabı (turizm sektoru üzrə informasiya, çap nəşri)
* CD-KOMPASS (EXCEL formatına çevrilmiş peşəkar məlumat bazası)
* www.kompass.com – Ümumdünya KOMPASS məlumat bazası – 70 ölkə üzrə 60 milyon şirkət
 
KOMPASS sistemi ilə əməkdaşlıq nəticəsində Azərbaycanın bir çox şirkəti nəinki yerli bazarda, həmçinin dünyanın bir çox ölkəsində özlərinə uğurlu biznes partnyorlar tapmışdır. Ümid edirik ki, KOMPASSın elektron məlumat bazası və buraxdığı işgüzar biznes sorğu nəşrləri Azərbaycanın iqtisadi inkişafina və şirkətlərin biznes əlaqələrinin genişlənməsinə öz töhfəsini verəcəkdir.
Being part of a white collar environment

KOMPASS International barədə məlumat üçün düyməni basın!