Anqar qalınlığı 0.70 mm – 1.5 mm arasında dəyişə bilən rəngli və rəngsiz metal listlərdən bir-birilərinə kenetlənmə robotu ilə kenetlənərək yığıla bilən konstruksiyadır. Uzunluğu istənilən ölçüdə quraşdırıla bilən tikilinin eni minimum 6 metr, maksimum 24 metrə qədər mümkündür. Tikilinin hündürlüyü eninin yarısına bərabərdir. Məsələn, eni 10 metr olan tikilinin hündürlüyü 5 metrdir.
Tikilinin istənilən növ izolyasiya qatı ilə izolə edilməsi və istənilən havalandırma növü ilə havalandırılması mümkündür.