Yanğın siqnalizasiyası

Yanğın siqnalizasiyasının vasitələri yanğının ilkin mərhələdə aşkar edilməsi və yanğının yaranma vaxtı və məkanı haqqında həyəcan siqnalını ötürmək və lazım olarsa avtomatik söndürmə və tüstüsovurma sistemlərinin işə salınmasıdır. Yanğın siqnalizasıyası yanğının ilkin əlamətlərinə (tüstü, istilik, alov) reaksiya verir.

Yanğın mühafizə siqnalizasiyasi isə özündə həm mühafizəni (qapı və ya pəncərənin açılması), həm də yanğına aid funksiyaları birləşdirir. Yanğın siqnalizasiyasının quraşdırılması hissədən ibarətdir – avtomatik (tüstü, istilik və kombinə edilmiş) yanğın xəbərvericiləri, manual yanğın xəbərvericiləri, avtomatik və manual yanğın xəbərvericiləri.

Yanğın siqnalizasıyasının əsas elementləri aşağıda göstərilənlərdir:

  • yanğın xəbərvericiləri
  • qəbul-nəzarət cihazları
  • yanğın siqnalizasiya şleyfləri
  • idarəetmə cihazları
  • xəbərvericilər
  • məlumatların ötürülməsi sistemi
  • retroötürücülər
  • axırıncı pult cihazları
  • mərkəzi monitorinq pultları

Ünvanlı  yanğın siqnalizasiya sistemi – yanğın siqnalizasiyasının texniki vasitələrinin toplusunu təşkil edir və yanğın zamanı ünvanlı qəbul nəzarət cihazında otaqları mühafizə edən avtomatik və manual ünvanlı yanğın xəbərvericiləri vasitəsilə “Yanğın” siqnalının avtomatik və ya manual şəkildə işə salınmasını təmin edir.


Havalandırma və tüstüsovurma

SNiP (tikinti qaydaları və normalarına) uyğun olaraq otaqlarda və iş yerlərində lazım olan hava şəraitini və dövriyyəsini təmin etmək üçün görülən tədbirlərin toplusuna havalandırma və ya ventilyasiya deyilir. Havalandırma sistemlərinin növləri otaqların təyinatı, işin texnoloji prosesləri və ziyanlı maddələrin havaya tullanmasından asılı olaraq aşağıda göstərilən əlamətlərə görə siniflərə bölünürlər:

  • Havanın hərəkətinin təmin edilməsi üçün təzyiqin yaradılma metodlarına görə: təbii və mexaniki havalandırma.
  • Təyinatına görə: axınlı və sovurucu havalandırma.
  • Sahə xidmətlərinə görə: yerli və ümumi mübadiləli havalandırma.

Təbii havalandırma:
Təbii havalandırma zamanı havanın hərəkət etməsi aşağıda göstərilənlərə uyğun aparılır:

  • Çöldə və içəridə (otaqlarda) hava hərarətinin təfavütünün, yəni aerasiya adlanan prosesin yaranması nəticəsində yaranan havalandırma.
  • Atmosfer sütununun aşağı (otaqlar) və yuxarı səthləri (binanın damında quraşdırılan deflektor cihazı vasitəsilə) arasında təzyiq fərqinin yaranması nəticəsində yaranan havalandırma.
  • Küləkdən alınan təzyiqin təsiri nəticəsində yaranan havalandırma.

Mexaniki havalandırma:
Havalandırmanın bu növü ventilyator və havaverən maşınların istifadəsilə aparılan məcburi havalandırma sistemidir. Mexaniki havalandırma sistemlərində havanı uzaq məsafələrə hərəkət etdirən avadanlıq və cihazlardan istifadə edilir, onların arasında ventilyatorlar, elektrik mühərriklər, hava qızdırıcıları, toz sovuranlar, avtomatika və s. var və onlar böyük miqdarda elektrik enerjisi sərf edə bilirlər. Onlar müəyyən olunan məkandan havanın verilməsini və uzaqlaşdırılmasını tələb olunan miqdarda və ətraf mühitin dəyişən vəziyyətindən asılı olmayaraq təmin edə bilir.

Tüstüsovurma:
Alovlanma və binalarda tüstünün yayılması bir çox hallarda insanların tələf olmalarına və əmlaklarının çox hissəsinin itirilməsinə səbəb olur. Bununla əlaqədar olaraq, məhz tüstünün insan sağlamlığına zərər gətirdiyindən, bina və tikililərin layihələndirilməsində, mühəndislərin məqsədi havalandırma xəttlərinin və sistemlərinin  diqqətli təhlilini aparmaq və insan sağlamlığının və əmlakının təhlükəsizliyini təmin etmək üçün yanan maddələrin uzaqlaşdırılmasını layihələndirmək olmalıdır.

Tüstüdən müdafiə:
Tüstüdən müdafiə sistemlərinin əsas məqsədlərindən biri tüstü və zəhərli qazların lokallaşması, təxliyə yollarının boşaldılması və yanğının yarandığı binadan/lardan insanların təhlükəsiz təxliyəsini təmin etməkdir. Bundan əlavə hər hansı bir binanın tüstü sovurma sistemləri ilə təchiz edilməsi yanğın söndürən dəstələrə yanğının söndürülməsini və yayılmasını təşkil etməkdə və yanan maddələrin uzaqlaşdırılmasında çox kömək edir.


Yanğın qutuları

Müştəri məmnuniyyəti şirkətimizin fəaliyyətində prioritet məsələlərdəndir. Bizim məqsədimiz təqdim etdiyimiz məhsul və xidmətlərlə istifadəçilərimizin etibarını qazanmaq və qorumaqdır.

Fəaliyyət sahəmizdə dünyanın aparıcı şirkətlərlə əməkdaşlığımız, işçi heyətinin peşəkarlığı satış sonrası xidmətlərin təqdim olunması imkan verir. Azərbaycanda rəsmi tərəfdaşı olduğumuz şirkətlərin keyfiyyət yanaşamasına və mütəxəssislərimizin peşəkarlığına inanırıq.


Mühafizə siqnalizasıyası

Safe Life MMC şirkəti obyektlərin kompleks mühafizəsi sisteminin yaradılmasınadək istənilən mürəkkəblik səviyyəsinə malik texniki təhlükəsizlik vasitələrinin layihələndirilməsini və quraşdırılmasını həyata keçirir.
Obyektlərin effektiv mühafizəsi üçün Safe Life MMC müasir təhlükəsizlik sistemlərini layihələndirir və tətbiq edir:

  • videomüşahidə sistemləri
  • girişə nəzarət sistemləri
  • mühafizə siqnalizasiyası
  • perimetrin mühafizəsi sistemləri
  • məlumatlandırma sistemləri
  • avtomatik yanğın siqnalizasiyası

Tam surətdə inteqrasiya olunmuş proqram-aparat kompleksləri istehsalat binalarının, bankların, ofis sahələrinin, məhsul andbarlarının və s. etibarlı mühafizəsini təmin edir.Safe Life MMC təhlükəsizlik sistemlərinin yaradılmasının bütün mərhələlərini təmin edir:

  • təhlükəsizliyin planlaşdırılması, ehtimal olunan təhlükələrin və onların qarşısının alınması üzrə müvafiq üsulların təhlili
  • sistemlərin layihələndirilməsi
  • avadanlıqların quraşdırılması
  • quraşdırılmış avadanlıqlarına zəmanətli və zəmanətdən sonra xidmət göstərilməsi

 

Professional səs sistemləri

TOA şirkəti 1934-cü ildə qurulduğu zamandan bəri səs və rabitə avadanlıqlarının istehsalı sahəsində lider mövqeyi tutur. TOA şirkətinin innovasiya texnologiyaları portfelində kəşfləri də var. Bir sıra patentlərin və istehsal olunan məhsulların müasir texniki səviyyəsi şirkətin təkraredilməz yüksək texniki imicini dəstəkləyir. TOA-nın dünyanın yüzdən çox ölkəsində nümayəndəliyi var. Bölmələrdən biri – TOA Electronics Europe – məhsulların Avropa, Yaxın Şərq və Afrikada satışı və distributurluğunu həyata keçirir.

TOA şirkəti zəng, şifahi xəbərdarlıq və səs, həmçinin, “dəyirmi masa” tipli konfrans-sistemlər, simsiz konfrans-sistem və ikitərəfli səs rabitə sistemi üçün ən genişəhatəli avadanlıqlar istehsal edir. Əla xarakteristika, universallıq və ən əsası yüksəksəviyyəli etibarlılıq (səsləndirmə sistemləri və təxliyəyə nəzarət avadanlıqlarına hamısına 3 illik zəmanət) sayəsində TOA şirkətinin avadanlıqları yüksək nüfuz qazanıb.


Yanğın hidrantları

Yanğın hidrantları yanğın söndürmə vasitələrindən biri olub daha çox fabriklərdə, depolarda, binalarda, istehsal qovşaqlarında, ayrıca şəhər və qəsəbələrdə yanğına birbaşa müdaxilə nöqtərlərində istifadə olunmaqdadır.

İşləmə prinsipi- açma- bağlama diski, xüsusi hidrant açarı ilə açma istiqamətində hərəkət borusu aşağıya doğru hərəkət etdirilir. Beləliklə, subah şəbəkədən ayrılaraq hidrant açılmış olur. Açma-bağlama diski bağlama yönündə, tərs hərəkət ilə bağlanmış olur. Bağlama aşağıdan yuxarıya axış istiqamətindədir.

Digər yanğın söndürmə qurğuları kimi “yanğın hidrantları”nın da bir sıra özəllikləri var: 

  • Anında müdaxilə etmək imkanı- Yanğının tez zamanda irəlilədiyi anda təsisin istifadə oluna bilməcəyi düşünülərsə, anında müdaxilənin önəmi ortaya çıxar. Yanğın hidrantı özəl xüsusiyyətləri ilə yanğını  rahat və tez söndürməyə yardım edəcək.
  • Şok təsiri yoxdur- Yanğın hidrantlarında axış sabit olub, turbulensiya yaratmır, xüsusi qanadcıqlar sahəsində sabit axış təmin olunur. Bu səbəbdən şok təsiri aradan qalxar və xortum rahat istifadə olunar.
  • Avtomatik olaraq boşaldılmalıdır- Hidrant istifadə olunduqdan sonra gövdə içərisində qalan su  avtomatik boşaltma sistemi ilə  hidrant xaricinə çıxarılır. Beləliklə, hidrant donma hallarında qorunmuş olur.
  • Pompalama halı yoxdur- Yanğın hidrantı axış istiqamətində bağlandığına görə, pompalama halları müşahidə olunmur.
  • Uzun ömürlüdür- Hidrantlar açıq havada yerləşdirildiyindən alt gövdə  mili altdan dəstəkləyir. Mil titreşim eləmədiyindən yerləşdirildiyi yuva deformasiya olmur, uzun müddət qalır.

Hidrantların fəaliyyət prinsipi yanar materialların (ağac, kağız, parca) üzərinə böyük həcmdə suyun vurulmasından ibarətdir. Yüksək gərginlikli elektrik avadanlıqlarında yanğın olduqda, yanar materiallar (benzin, ağ neft, aseton, spirt ) və su ilə reaksiyaya girən toksiki və ya yanar qazlar (soda, kalium, kalsium karbid) alışdıqda sudan istifadə etmək olmaz. Yanğınla mübarizə aparan zaman diqqət yetirmək lazımdır ki, su ətrafda olan yanmayan material və aparatları zədələməsin.


Avtomatik söndürmə

Avtomatik sulu yanğın söndürmə sistemləri СниП normalarına uyğun olaraq suvarma kanalının növünə görə sprinkler və drençerli söndürmə sistemlərə bölünürlər. Sprinkler sistemi hava və ya su ilə doldurulmasına görə qidalandıran və bölüşdürən borular su ilə doldurulan, hava ilə doldurulan, hava və su ilə doldurulanlara bölünürlər. Drençerli söndürmə sistemləri bir neçə kateqoriyay bölünürlər – elektrikli, hidravlik, pnevmatik, mexaniki, kombine edilmiş.

İşə düşməsinin tezliyinə görə aşağıdakılara bölünürlər:

  • tez hərəkətə gələn  –  işə düşmə müddəti 3 s. çox olmamaq şərti ilə
  • orta inersiyalı – işə düşmə müddəti 30 s.
  • inersiyalı – işə düşmə müddəti 30 s. çox, lakin 180 s. çox olmamaq şərti ilə

İşlək vəziyyətdə qalmasının müddətinə görə:

  • orta müddətli işlək vəziyyət –  30 dəq. çox olmayaraq
  • işlək vəziyyətin müddəti – 30 dəq. çox, lakin 60 dəq. çox olmamaq şərti ilə

СНиП normalarına uyğun olaraq avtomatik köpüklü yanğın söndürmə sistemləri – konstruktiv həllinə, ötürücünün növünə, işə düşmə zamanına, işlək vəziyyətdə olma qalma müddətinə və tozun bölünməsinə  görə fərqlənirlər. Avtomatik tozlu yanğın söndürmə sistemi konstruktiv həllinə  görə sulu söndürmə sistemində olduğu kimi suvarma kanalının növünə görə sprinkler və drençerli söndürmə sistemlərinə bölünürlər. Drençerli söndürmə sistemləri isə elektrikli, hidravlik, pnevmatik, mexaniki və kombine kateqoriyaların bölünür.

Avtomatik yanğın söndürmə sisteminin sulu söndürmə  sistemlərindən əsas fərqi işlək vəziyyətdə olması  müdətinin parametrləri və tozun bölünməsidir.

İşlək vəziyyətdə olma müddətinə görə bölünürlər:

  • qısa müddətli işlək vəziyyət – 10 dəq. çox olmayaraq
  • orta müddətli işlək vəziyyət – 15 dəq. çox olmayaraq
  • işlək vəziyyətin müddəti – 15 dəq. çox, lakin 25 dəq. çox olmayaraq.

Köpüyün bölünməsinə görə köpüklü söndürmənin quraşdırılması:

  • alçaq (5-dən 20-dək)
  • orta   (20-dən çox, lakin 200-dən çox olmayaraq)
  • yüksək (200-dən çox)


Yanğından fərdi mühafizə vasitələri

Safe Life hərbi sahədə, yanğınsöndürmə xidmətində, hüquq-mühafizə orqanlarında, tikinti sahəsində, neft və qaz, kimya və bir çox digər sahələrdə çalışanlar üçün təhlükəsizlik məhsullarını təqdim edir. Yüzlərlə məhsulumuzdan hər biri aparıcı sənaye araşdırma və nailiyyətləri ilə dəstəklənən yüksək keyfiyyəti təmin edəcək şəkildə hazırlanmışdır.


Yanğın söndürmə cihazları

Yanğınların söndürülməsində yanğın söndürmə cihazlarından geniş istifadə olunur.  Yanğın söndürmə  cihazlarının müxtəlif növləri olsa da, onların hamısından yanğınların ilkin mərhələsində istifadə edilir. Yanğın söndürmə cihazının tipini potensial alışan maddənin tipinə və şəraitə uyğun olaraq seçilməlidir. Yanğın söndürən cihazlar , tez  istifadə olunacaq bir yerdə yerləşdirilməlidir.

Yanğın söndürmə cihazlarının  tipləri:

  • Sulu  yanğın söndürücülərin tərkibində olan su güclü təzyiqlə odun üzərinə vurulur və bir dəfə açılaraq, axıradək istifadə olunur.
  • Toz şəkilli maddələr olan yanğın söndürücülərin tərkibində natrium bikarbonat var. O, havada olan oksigenin yanan maddəyə çatmasına mane olur. İstənilən halda istifadə edilə bilər. Amma yadda saxlamaq lazımdır ki, yerə səpilmiş tozları səliqəli təmizləmək lazımdır. Bu tip yanğın söndürücülər həm effektivliyinə, həm də qiymətinə görə sərfəlidir, maşında rahat gəzdirilir. Amma nəzərə almaq lazımdır ki, bu cür yanğın söndürücülərdən qapalı yerlərdə istifadə etdikdə tənəffüs orqanlarına zərər vurmaq olar.
  • Köpük yaradan kimyəvi tərkibli yanğın söndürücülərin tərkibində olan kimyəvi maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, o da yanan maddənin üzərini pərdə kimi örtür. Bundan başqa köpüyün maye hissəsi buxarlanır və istiliyi udaraq  yanacağı soyudur. Onlardan maşınların və texnikanın olduğu yerdə istifadə etmək olmaz.
  • Karbonatlı yanğın söndürücülərin tərkibində karbon anhidridi var. O, istənilən yanğın hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır. Karbon anhidridi elektrik keçiriciliyinə təsir etmədiyi üçün ondan elektrik cihazlarında, yüksək gərginlikli elektrik xətlərində olan yanğınlarda istifadə etmək olar. Balonda olan sıxılmış qaz istifadə zamanı  güclü soyudulma effekti yaradır, hissəvi olaraq quru buza çevrilməklə istiliyin çox hissəsini özünə çəkir. Bu yanğın söndürücülər zərər vermədiyi üçün onlardan şəkillərin, kitab, xalçalar və digər dəyərli əşyaların olduğu yerdə əminliklə istifadə etmək olar. Yanğın söndürücüdən xaric olan qaz toksiki deyil, amma boğulma yarada bilər. Buna görə də onlar istifadə olunduğu yerlərdə nəzarət altında olmalıdır.
  • Yanğın söndürücülərin daha bir növü universal vasitə olub yanan mayelərdə, düz olmayan səthlərdə (avtomobil mühərriki, mətbəə, yüksək gərginlikli elektrik cihazları, bahalı və mürəkkəb texnikalar, təyyarələr) yaranan yanğınlarda istifadə edilir. Bu  yanğın söndürücülər toksiki olduğu üçün havalanmayan mühitlərdə istifadə edilməməlidir. Bu tip  yanğın söndürücülər digər tiplərə nisbətən bahalı olduğu üçün az istifadə edilir.

İlkin yanğınsöndürmə cihazlarına aşağıdakılar aid edilir: yanğınsöndürmə balonları, yanğın söndürmə şitləri, yanğınsöndürmə şlanqları, yerüstü və yeraltı hidrantlar, köpük generatorları, avtomatik yanğınsöndürmə sistemləri, yanğın aksessuarları.


Kamera nəzarət sistemləri

Video müşahidə kameraları rəqəmsal və analoq kameralarına bölünürlər. Onların əsas fərqi: rəqəmsal kameralar bütövlüklə avtonom video müşahidə sistemləridir – kameralar kronadan, qəbuledici 5 voltlu noutbuk və ya kompyuterdən qidalanır.

Rəqəmsal kameraların üstünlükləri:

  • sürəti ( kamera kronadan, qəbuledici USB portdan)
  • yüksək keyfiyyətli çəkiliş imkanları 
  • 4 ədədə qədər kameraların quraşdırıması
  • hərəkət dedektorlarının olması (lyuks komplekt)

Analoq kameralarının üstünlükləri:

  • qiymətinin münasib olması
  • sistemin asan və qısa vaxt ərzində qoşulması

Rəqəmsal kameraların mənfi cəhətləri:

  • yüksək qiymət
  • qoşulması daha çox vaxt aparır

Analoq kameralarının mənfi cəhətləri:

  • qəbuledici blok 220 voltdan qidalanır
  • bir otaqda ikidən çox kameranın quraşdırılması kanalların yüklənməsi ehtimalını artırır
  • məlumatları videomaqnitofona və ya kompyuterə yalnız əlavə cihazların köməkliyi ilə yazır

Naqilli kameraların hər biri gücləndiriciyə qoşulduqda naqilsiz ola bilər. Düz istiqamətdə videosiqnalın radiokanalla ötürülmə məsafəsi maksimum 3 km ola bilər. Lakin video təsvirin naqillər vasitəsilə ötürülmə məsafəsini transmiter video siqnal gücləndiricisi vasitəsilə artırmaq da olar (600 m qədər). Bu zaman video təsvir və kameranın qidalanması naqillər vasitəsilə “vitay cütlük”lə ötürüləcək.


Intercom sistemləri

İnterkom sistemi sahələr və zonalar arasında əlaqə yaratmaq üçün nəzərdə tutulub. İnterkom sistemlərinə daxildir telefoniya, peyk və kabel televiziyası, internet. İnterkom sitemləri vasitələrinə aiddirlər selektorlu əlaqə, domofon, daxil olmanı məhdudlaşdıran oaqlar və sahələr üçün əlaqə cihazları.

Hazırkı sistem təyin edilən alqoritmə uyğun zəngləri mərkəzi stansiyadan köməkçi telefon apparatlarına bölüşdürəcək və istənilməyən zənglər və ya vacib zənglər haqqında xəbər verəcək. İnterkom sistemini quraşdırarkən sistemin terminalı olan ümumi ərazi boyunca hər zonadan məlumat ötürmək, gələn müştərilərlə domofon vasitəsilə əlaqə saxlamaq, uşaqların arzu olunmayan kanallara daxil olmalarının qarşısı almaq.

İnterkom sisteminə nəzarət və ya əlavə icraçı cihazların quraşdırılması vasıtəsilə internet və ya telefonla, evinizdə baş verən fövqəladə hallar haqqında məlumat almaq, məsələn, avtoməlumat cihazı vasitəsilə. Yanğın, su və ya qaz sızması və mühəndis sistemlərinin nasazlığı zamanı, həmçinin evinizə yad adamların daxıl olmaları zamanı sistem sireni işə salacaq, mühafizə xidmətini və sizi xəbərdar edəcək. Bundan əlavə, siz hər televizor üçün antena almaq məcburiyyəti ilə üzləşməyəksiniz və ya hər otaqda internetə çıxış nöqtəsini quraşdırmalı olmayacaqsınız. Sistem televiziya siqnalını əsas qəbuledicidən bütün lazımi cihazlara ötürəcək və bölüşdürəcək. Eləcə də sistem bu sxem üzrə sizə lazım olan bütün otaqlarda internetə çıxışınızı təmin edəcək.

İnterkom sistemi aşağıdakı hissələrdən ibarətdir:

  • İdarəedən prosessor
  • Məsafədən idarəetmə cihazları
  • Domofonlar
  • Mikrofonlar
  • Antenlər
  • Qəbuledici cihaz
  • Birləşdirici kabel kanalı

İnterkom sitemlərinin əsas üstünlüyü onların çoxfunksiyalı və geniş imkanlara malik olmalarıdır. Sistem istehsalatda, inzibati müəsissələrdə, ticarət obyektlərində, tədris mərkəzlərində, terminallarda və sair tikililərdə- tunellərdə, elektrik stansiyalarda, qazanxanalarda və yaşayış evlərində quraşdırıla bilər. İnterkom sistemlərinin bir növü video konfrans interkom sistemidir.


Girişə nəzarət sistemləri

Girişə nəzarət sistemləri qəliz və çox planlı elektron sistemlərdir. Mexaniki kilidli adi qapılar və ya keşikçili mexaniki turniketlər də girişə nəzarət sistemlərinə aid edilə bilər, lakin hər qapıda keşikçinin olması mümkün olmur. Bu zaman köməyə girişə nəzarət sistemləri gəlirlər ki, onlar əsasən mühafizə olunan zonalara və otaqlara icazəli və təyinatlı girişləri mümkün edir.

Müasir DMS-nin inkişafının əsas istiqaməti, onların intelektualizasiyası, yəni toplamda mümkün maksimum dərəcədə funksiyaların ötürülməsi, məlumatların emalı və həllərin kompyuterlər və DMS-nin mexanki vasitələri ilə tapılmasıdır. Nəticədə, müasir DMS dedikdə, proqramlaşmış texniki vasitələr və təşkilati metodik tədbirlər başa düşülür ki, onların vasitəsilə nəzarət məsələsi və ayrı-ayrı otaqlara girişlərin idarə olunması və hətta işçi heyətin obyektin hər hansı sahələrində olmaları və müddəti ilə bağlı məsələlər öz həllərini tapırlar.

Hal-hazırda avtomatik girişə nəzarət sistemlərindən müxtəlif təyinatlı müəssisələrdə geniş istifadə edilir: ofislər, banklar, mağazalar və istehsalat sahələrində. Girişə nəzarət sistemlərinin ən sadə vasitələri şifrəli panellər və avtonom hesab kartlarıdırlar. Girişə nəzarət sistemlərinin icraçı vasitələri kimi müxtəlif növlü elektrik kilidlər, turniketlər və avtomatik qapılardan istifadə edilə bilər.

Girişə nəzarət sistemlərinin bəzi vasitələri aşağıda göstərilmişdir:

  • şifrəli klaviatura
  • ştrix-şifrə
  • elektron açar
  • maqnit kartlar
  • Weigand kartları
  • kontaktsız Proximity kart və ya brelokları
  • radiokanal
  • İQ breloklar
  • smart-kartlar
  • müəyyən edən biometrik sistem

Şəbəkə nəzarət sistemlərinin yuxarıda qeyd edilənlərdən əsas fərqi ondadır ki, onlar vasitəsilə istifadəçi üçün giriş nəzarət sistemlərinin funksiyalarının həyata keçməsi daha asan olur. Və bu zaman yalnız bir istifadəçi deyil, hətta mühafizə sisteminin rəisi və ya növbətçi operator DMS-dən dərhal əməkdaşların gəlmələri və getmələri haqqında məlumatları əldə edə bilir. Və yalnız onlar deyil, həmçinin şirkət rəhbərliyi və ya mühasibatlıq müntəzəm olaraq, hər iş ayının sonunda DMS-dən hər əməkdaş haqqında məlumat vərəqəsi əldə edir.